Bayden indi də bu ölkələri səhv saldı

30 İyun 2024 13:08

ABŞ Prezidenti Co Bayden seçki kampaniyasında İtaliya ilə Fransanı qarışdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prezidentin çıxışını Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, Bayden çıxışı zamanı dünya müharibələrində həlak olan əsgərlər haqda danışarkən Fransa qəbiristanlığı demək əvəzinə, "O, (keçmiş prezident Donald Tramp) İtaliyadakı qəbiristanlığa getməzdi", - deyib.

Qeyd edək ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez səhvlərə yol verir. O, müxtəlif vaxtlarda çıxışları zamanı ölkələri və adları səhv salması ilə gündəm olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun