Çindən bir ilk: Ayın görünməyən üzündən yığılan nümunələr Yerə endi - FOTO

30 İyun 2024 08:55

Çin Ayın uzaq və görünməyən tərəfindən Yerə ilk torpaq nümunələri gətirməklə bir ilkə imza atıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə bu, Günəş sisteminin ilkin tarixi haqqında daha çox məlumat verə bilər.

Çinin kosmik gəmisi "Chang'e-6" topladığı nümunələrlə Çinin Daxili Monqolustan Muxtar Vilayətinə enib.

Ayın Cənub Qütbü olan Aitken hövzəsindən qazma yolu ilə toplanmış 2 kiloqrama qədər süxur nümunələri müayinə üçün laboratoriya mühitinə aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun