Yeni qanun qüvvəyə mindi - Elektron siqaretlər ancaq apteklərdə satılacaq

30 İyun 2024 08:50

Avstraliya hökuməti yaxın günlərdə elektron siqaretlərin apteklərdən kənarda satışını qadağan edən qanunun icrasına başlayacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  Avstraliya, apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan edən ilk ölkə kimi dünyanın diqqətini çəkib.

Bundan sonra ölkədə elektron siqaretlər yalnız apteklərdə satılacaq və 18 yaşından kiçik şəxslər elektron siqaretləri yalnız həkim resepti ilə ala biləcəklər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun