Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

30 İyun 2024 08:15

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun