Murat Yakın İtaliya üzərində qələbəni şərh etdi

30 İyun 2024 08:08

İsveçrə millisinin baş məşqçisi Murat Yakın komandasının Avro-2024-ün 1/8 finalında İtaliya millisini məğlub edərək 1/4 finala adlamasını şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, son Avropa çempionuna qalib gəlməkləri haqqında bunları deyib:

"Biz çox vacib oyunda qalib gəldik. Əsas olan budur. Sabah nə olacağı artıq başqa mövzudur. Bəli, qələbə qazandıq, amma önəmli olan necə oynadığımızdır. Meydanın hər qarışında üstün olduq və lazımi anda qollar vurduq. Mən irəliyə baxmıram. Əldə etdiyimiz nəticədən həzz almaq üçün vaxt tapmaq vacibdir".

Qeyd edək ki, İsveçrə millisi 1/4 finalda İngiltərə - Slovakiya cütünün güclüsü ilə qarşılaşacaq. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun