Bakıda avtomobil piyadanı vuraraq komaya salıb

30 İyun 2024 07:53

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yol qəzası 8 noyabr küçəsin qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Bahadurzadə Nicat Natiq oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı komatoz vəziyyətində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun