BMT baş katibi türk ölkəsinə gəlir

30 İyun 2024 06:53

BMT Baş katibi Antonio Quterreş 30 iyun - 1 iyul tarixlərində Özbəkistanda səfərdə olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi səfər Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti əsasında baş tutacaq.

Quterreşlə Daşkənddə ən yüksək səviyyədə danışıqların aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində baş katib bir sıra sənaye və sosial obyektlərə də baş çəkəcək, ikitərəfli görüşlər və tədbirlər keçirəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun