Serbiyada qırmızı həyəcan səviyyəsi elan edildi

30 İyun 2024 00:32

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, müvafiq qərar insanların sıx olduğu yerlərdə təhlükəsizlik qüvvələrinin sayının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Xatırladaq ki, bu gün bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitini arbaletlə boyun nahiyəsindən yaralayıb. Daha sonra cinayətkar hüquq-mühafizə orqanı əməkdaşının cavab atəşi ilə zərərsizləşdirilib.

Xəsarət alan asayiş keşikçisi Belqrad xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib və uğurla əməliyyat olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun