İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub

29 İyun 2024 23:05

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü Ruben Varqas görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

25 yaşlı yarımmüdafiəçi komandasının ikinci qoluna imza atıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun