Azərbaycanlı baş məşqçi Rusiya klubunun təklifini geri çevirdi

29 İyun 2024 22:46

Ötənlərin məşhur futbolçusu Rusiyada çalışmaqdan imtina edib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Nazim Süleymanovdan gedir.

Keçən mövsüm I Liqada mübarizə aparan "İrəvan"ı çalışdıran təcrübəli çalışdırıcıya "Ximki"dən zəng gəlib.

Ona klubun aşağı yaş qruplarından birinin baş məşqçisi olmaq, yaxud klubda vacib postlardan birində çalışmaq təklif olunub.

Nazim bəy ailə vəziyyətini əsas gətirərək Rusiyaya yollanmaqdan imtina edib.

Maraq üçün bildirək ki, Süleymanov 2022-2023-cü illər aralığında "Ximki"nin U-19 və əvəzedicilərdən ibarət komandalarını çalışdırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun