Rusiya Volnyanska hücum etdi: 6 nəfər öldü

29 İyun 2024 21:34

Rusiya qoşunları Zaporojye vilayətinin Volnyansk şəhərinə raket zərbəsi endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Daxili İşlər İdarəsinin rəisi İvan Fyodorov məlumat yayıb.

Məlumatlara görə, Rusiyanın zərbəsi nəticəsində 6 mülki şəxs həlak olub. Daha 8 nəfər yaralanıb. Kritikik infrastruktur, mağaza və yaşayış binaları zədələnib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun