Azərbaycanda toy yasa döndü

29 İyun 2024 21:27

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun