Gəncədə zəncirvari qəza olub - FOTOlar

29 İyun 2024 21:21

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, iki avtomobil ötüşən zaman biri idarəetmədən çıxaraq digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari avtomobil qəzasına səbəb olub.

Hadisə zamanı bütün avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun