AVRO-2024: 1/8 final mərhələsinin ilk görüşü start götürüb

29 İyun 2024 20:15

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun