Daşkəsəndə leysandan sonra qaya uçqunu baş verdi

29 İyun 2024 19:07

Daşkəsəndə leysan yağışdan sonra qaya uçqunu baş verib.

Milli.Az-ın report.az-a istinadən məlumatına görə, günorta saatlarında yağan leysan nəticəsində Bayan kəndində qaya uçqunu olub, Gəncə-Daşkəsən avtomobil yolunun həmin ərazidən keçən hissəsində nəqliyyat vasitələrinin hərkətində tıxac yaranıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun