Olimpiyaçımız Dünya kubokunun finalında

29 İyun 2024 17:22

Batut gimnastikası üzrə Dünya kuboku davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İsveçrənin Arosa şəhərində keçirilən yarışda təsnifat mərhələsi başa çatıb.

Azərbaycan millisinin gimnastı Selcan Maqsudova yarışa uğurla başlayıb. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi olan idmançımız final mərhələsində vəsiqə qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun