Heç vaxt müşahidəçilərə rədd cavabı verməmişik - Məzahir Pənahov

29 İyun 2024 16:43

Bizim ən əsas maraqlarımızdan biri seçki məntəqələrinin səsvermə üçün sentyabr 1-dək tam hazır vəziyyətə gətirilməsi məsələsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, seçki məntəqələri çox yüksək səviyyədə hazırlanır.

"Müşahidəçilər bizdə 10 minlərlə olur. Biz heç zaman onlara rədd cavabı verməmişik. MSK-ya müşahidə üçün müraciət edən vətəndaş əgər varsa, müşahidəçi missiyasının verilməsində iradımız yoxdursa, onu iclasa çıxarmırıq, bunu təmin edirik. Əgər kiməsə rədd cavabı verilməlidirsə, hökmən komissiyanın müzakirəsinə çıxarılmalıdır", - deyə o əlavə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun