Parlament seçkilərinin Təqvim Planı təsdiq edildi

29 İyun 2024 16:17

Növbədənkənar Parlament seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün keçirilən iclasında verilib.

Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun