“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi

29 İyun 2024 15:23

Prezident İlham Əliyev "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla əsasnaməyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi daxil edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az