Tərtərdə ağır qəza, xəsarət alanlar var - VİDEO

29 İyun 2024 13:41

Tərtərdə ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər ağır yaralanıb.

Hadisə zamanı xəsarət alanlara oradan keçən insanlar ilkin tibbi yardım göstəriblər.

Qəza yerindən görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun