Namaz qılanların üstündən TIR keçdi - Xeyli ölən var

29 İyun 2024 10:21

Nigeriyada idarəetməni itirən sürücü yük maşınını (TIR) cümə namazı üçün toplaşan insanların üzərinə sürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində 14 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yayılan rəsmi açıqlamalarda yaralıların xəstəxanalara yerləşdirildiyi, ölənlərin sayının artacağının istisna edilmədiyi vurğulanıb.

Milli.Az