Qətər “Hizbullah” ilə İsrail arasında vasitəçi ola bilər

29 İyun 2024 10:15

ABŞ Qətərdən "Hizbullah" ilə İsrail arasında münaqişənin həllinə yardım etməsini istəyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqlarda vasitəçilik edən Qətər, Bayden administrasiyasından İsrail-Livan sərhədində "Hizbullah" və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün müraciət alıb.

"Hizbullah"ın sözçüsü bildirib ki, Qəzza zolağında müvəqqəti atəşkəs olarsa, qruplaşma Livanda qarşılıq verəcək. Bununla belə, o vurğulayıb ki, Qəzzada müharibə tamamilə bitənə qədər "Hizbullah" daha geniş razılaşmanı qəbul etməyəcək.

Milli.Az