İranda seçki qutusunu daşıyan avtomobilə atəş açıldı - Ölənlər var

29 İyun 2024 08:46

Sistan və Bəlucistan vilayətinin Cəkiqur Rask bölgəsində naməlum şəxslər seçki qutusunu daşıyan avtomobilə atəş açıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yerinə bir neçə təcili tibbi yardım maşını göndərilib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az