Nazirdən medal qazanan şagirdlərlə bağlı paylaşım

29 İyun 2024 06:48

Azərbaycan məktəbliləri beynəlxalq informatika olimpiadasında 2 medal qazanıblar.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev X hesabında yazıb.

"Çexiyanın Brno şəhərində keçirilən Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) məktəblilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Məktəblilərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik", - nazir qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun