Yəmən husiləri Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib.
O, Aralıq dənizində İsrailin Hayfa limanına gedən "Waler" neft tankerinə, "Johannes Maersk" konteyner gəmisinə, həmçinin Qırmızı dənizdə "Delonix" tankerinə və "Loannis" yük daşıyıcısına hücum edildiyini vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun