Əməliyyat olunan aktyorun səhhəti necədir? - FOTO

29 İyun 2024 06:45

Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirib. 

Parkinson xəstəliyindən əziyyət çəkən sənətçi axşam.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu bildirib. O, 2-3 gün sonra evə buraxılacağını qeyd edib:

"Hazırda bir az ağrılarım var. Qızım yanımdadır. Əməliyyat uğurla keçib. Pili beynimə yerləşdiriblər, amma hələ birləşdirməyiblər. 10-15 gün sonra pili birləşdirəcəklər və ondan sonra əlimin əsməsi dayanmalıdır. Çox şadam ki, artıq Azərbaycanda bu əməliyyatı da edirlər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun