İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar

28 İyun 2024 22:16

İsmayıllı rayonunun ucqar dağ kəndi olan Qoydanda baş verən torpaq sürüşməsi nəticəsində beş ev qəzalı vəziyyətə düşüb, daha üç evdə isə təhlükəli vəziyyət yaranıb.

Milli.Az baku.tv-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində hazırda kəndlə əlaqə kəsilib, gediş-gəlişdə problemlər yaşanır.

Kənd sakinlərinin sözlərinə görə, sürüşmədən sonra palçıq evlərin içinə dolub:

"Səhərə kimi yatmamışıq, çöldə yağışın altında qalmışıq. Uşaqlar qorxudan, həyəcandan ağlayırlar".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun