Ərdəbildə seçkilərə görə iki nəfər həbs edildi

28 İyun 2024 19:10

Bu gün İranda növbədənkənar prezident seçkilərinin keçirildiyi vaxtda Ərdəbil şəhərində iki sosial media istifadəçisi həbs edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Baş prokuroru Calal Afaqi açıqlama verib.

O, həmin şəxslərin "yalan məlumat yaymaqla" seçki prosesinə təsir etmək istədiklərini deyib.

"Seçkilərin təhlükəsizliyi və sağlam şəraitdə keçirilməsi bizim qırmızı xəttimizdir, saxlanılan şəxslər barəsində cinayət işi açılıb", - Afaqi bildirib.

O, həbs edilənlərin kimliyi barədə əlavə məlumat verməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun