“Barokko Musiqisi Axşamı” keçirilib - FOTO

28 İyun 2024 17:13

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində "Barokko Musiqisi Axşamı" keçirilib.

Müəllim Mina Aslanovanın sinfinin şagirdləri Bəşir Yusifov, Əli Allahverdiyev, İbrahim Gözəlov, Ayla Ağayeva, Emil Niftəlıyev, Leyla Yolçuyeva, Xədicə Gözəlova, Ülvi Məmmədli, Qədir Günəşov, Nəzrin Hüseynova və Aydan Hacıəhmədovanın ifasında və konsertmeyster Tomris Hüseynovanın müşayiəti ilə A.Corelli, A.Vivaldi, G.F.Handel, J.S.Bach, G.Tartini, P.Locatelli, L.Boccherininin əsərləri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az