"Yeşilçam"ın aktyoru xəstəxanaya yerləşdirildi - FOTO

28 İyun 2024 15:35

Bodrumda yaşayan Türkiyənin usta aktyorlarından İzzet Günay xəstəxanaya yerləşdirilib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dostları ilə gəzərkən yıxılaraq xəsarət alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Ustad aktyor Günayın topuğundan zədə aldığı və tədbir olaraq xəstəxanaya aparıldığı öyrənilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun