Bazarlarda mausun hərəkətlərini təqlid edən cihazlar populyarlaşıb. Söhbət kompüterin yuxu rejiminə keçməməsi və mausun işinin görüntüsünün yaradılması üçün nəzərdə tutulan USB cihazlardan gedir.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu cihazlar korporativ cihazların kibertəhlükəsizliyi və həm əməkdaşın özünün, həm də bütöv şirkətin məlumatları üçün ciddi təhlükə törədir.
Mausun hərəkətlərini təqlid edən cihazlar da daxil olmaqla USB cihazlar müxtəlif kibertəhdidlər ehtiva edə bilər. Bunlar viruslar, məlumatları şifrələyərək onların açılması üçün pul tələb edən proqramlar, həmçinin istifadəçinin xəbəri olmadan məxfi məlumatları toplayan casus proqramları ola bilər.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Rusiyada 26% istifadəçinin cihazında lokal təhdidlər (o cümlədən USB daşıyıcılar vasitəsilə ötürülən zərərli proqramlar) aşkar edilib və bloklanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun