36 yaşlı çempion yarışa bir neçə gün qalmış öldü

28 İyun 2024 15:50

Braziliyalı bodibildinq çempionu Sintiya Qoldani mötəbər yarışmada iştirak etməzdən bir neçə gün əvvəl 36 yaşında qan laxtalanması səbəbindən faciəvi şəkildə ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, braziliyalı ötən gün ağciyər emboliyası səbəbindən dünyasını dəyişib.

Ağciyər emboliyası ağır yük qaldırma və gərgin idman nəticəsində yarana bilər. Bununla belə, təşkilatçılar Sintiyanın vəziyyətində bunun son pnevmoniyanın nəticəsi olduğunu söyləyib.

Yeri gəlmişkən, Qoldani peşəkar karyerasına yalnız 2021-ci ildə başlayıb.

Onun Braziliyada bodibildinq üzrə ən böyük yarışlardan birinə qatılacağı gözlənilirdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun