Peruda 7,2 ballıq zəlzələ oldu

28 İyun 2024 12:17

Bu gün Perunun mərkəzi sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bəzi sahil xətlərində sunami təhlükəsi yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun