NBA tarixində ilk: Atasına görə oğlunu da transfer etdilər

28 İyun 2024 11:26

NBA-da mübarizə aparan "Los Anceles Leykers" klubu ata və oğulu bir araya gətirərək tarixi ilkə imza atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, klub Lebron Ceymsin oğlu Bronni Ceymsi transfer ediblər. Komanda rəsmiləri bu addımı Lebronu komandada tutmaq üçün atıblar.

Belə ki, "Los Anceles Leykers" klubunun bu transferindən sonra tarixdə ilk dəfə oğul və ata eyni NBA komandasında oynayacaqlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun