Tokayevdən TDT ölkələri ilə bağlı qərar

28 İyun 2024 08:23

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişin ratifikasiyasını nəzərdə tutan qanunu imzalayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

2022-ci ilin noyabrında Səmərqənddə imzalanmış bu saziş TDT-yə üzv ölkələr arasında tranzit-nəqliyyat potensialının və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib.

Saziş çərçivəsində TDT ölkələri arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi artırılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun