"Olanlara görə xalqdan üzr istəyirəm"

1 İyul 2024 13:29

Vətəndaşların əksəriyyətinin seçkilərdə iştirak etməməsi onların acıqlı olmalarına görədir. Mən öz adımdan bu günə kimi olanlara görə xalqdan üzr istəyirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri keçmiş xarici işlər naziri, Məsud Pezeşkianın seçki qərargahının üzvü Məhəmməd Cavad Zərif özünün X hesabında yazıb.

Seçici aktivliyinin aşağı olduğunu deyən keçmiş nazir bunun səbəbinin xalqın hakimiyyətdən narazı olmasında görüb:

"Mühacirət etmək istəmirsinizsə, seçkidə iştirak edin".

Qeyd edək ki, 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda seçicilərin 40%-dən bir qədər çoxu iştirak edib.

5 iyulda keçiriləcək ikinci turda Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

Milli.Az