Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

28 İyun 2024 08:51

-------
​08:51

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Milli.Az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", - məlumatda qeyd olunub.

-------
07:53

Lənkəranda zəlzələ olub.

Milli.Az APA - ya istinadla bildirir ki, yerli saatla 07:44 radələrində Lənkəranda zəlzələ baş verib. Zəlzələnin gücü təqribən 4 bal arasında hiss olunub.

Milli.Az