Radev Vaşinqtonda keçiriləcək NATO iclasından imtina etdi

28 İyun 2024 00:55

Bolqarıstan Prezidenti Rumen Radev NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlik etməkdən imtina edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Radev NATO-nun Ukrayna ilə bağlı mövqeyi ilə razılaşmadığı üçün belə bir qərar qəbul edib.

Qeyd olunur ki, Radev hökumətin Bolqarıstan nümayəndə heyətinə rəhbərlik etmək və dövlət və hökumət liderlərinin Vaşinqtonda keçiriləcək görüşündə iştirak etmək təklifini qəbul etmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun