İsmət Əliyev BMT-nin Polis Rəisləri sammitində iştirak etdi

27 İyun 2024 23:15

Daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Polis Rəislərinin Sammitində iştirak edir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.

"Daxili işlər nazirinin müavini polis general-leytenantı cənab İsmət Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Birləşmiş Millətlər Təşkilatının Polis Rəislərinin Sammitində iştirak edir", - məlumatda diqqətə çatdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun