Cüdoçumuz erməniyə qalib gələrək III yeri tutdu

27 İyun 2024 21:12

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev (55 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Milli.Az xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Şavarş Nahapetyanla üz-üzə gəlib.

Rəqibə qalib gələn Hüsiyev yarışda üçüncü yeri tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun