Ceyhun Bayramov Kobaxidze ilə görüşdü

27 İyun 2024 20:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi X səhifəsində paylaşım edib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.

Həmçinin, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun