Cəlilabadda su bəndində bir nəfər batdı

27 İyun 2024 19:10

Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.

Hazırda boğulan şəxsin axtarışı aparılır.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun