"Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd edilir ki, paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.
Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb və bu istiqamətdə işlərə başlanılıb.
Qeyd edək ki, bir müddət bundan öncə AYNA "Sahil" metrostansiyasının önündəki səkilərin sökülməsi barədə məlumat yaymışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun