Fatih Terimin yeni iş yeri bəlli oldu

27 İyun 2024 17:43

Sonuncu iş yeri "Panatinaikos"u olan Fatih Terim yeni klubla razılıq əldə edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o Səudiyyə Ərəbistanında işləyəcək. Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, "Al Taavon" klubu Fatih Terimlə razılığa gəlib. Bildirilir ki, tərəflər detalları razılaşdırıb.

Qeyd edək ki, bundan əvvəl də Səudiyyə Ərəbistanı klubları Fatih Terimin xidmətində maraqlı olublar. Lakin mütəxəssis təklifləri rədd etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun