Bakıda qadın geyimli kişidən qəribə hərəkət - Həbs edildi

27 İyun 2024 16:30

Paytaxtın Yasamal rayonu ərazisində ictimai asayişi pozan şəxs həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl gecə saat 02 radələrində Moskva prospektində qadın geyimində olan kişinin yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətinə mane olması, ucadan səs-küy salması müəyyən edilib.

Ərazidəki polis əməkdaşlarının tələbinə tabe olmayan həmin şəxs sərxoş halda müqavimət göstərib. Daha sonra saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparılan şəxsin 1976-cı il təvəllüdlü S.M. olması müəyyən edilib. Ekspertiza onun sərxoş olduğu barədə rəy verib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda quliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə S.M-a 8 sutka həbs cəzası verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun