“Turan Tovuz”da 28 yaşlı məşqçi

27 İyun 2024 16:04

Maxaçqala "Dinamo"sunun qapıçılarla işləyən məşqçisi Yevgeni Şetinen fəaliyyətini "Turan Tovuz"da davam etdirəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

28 yaşlı məşqçi Maxaçqala klubunda ötən mövsümün əvvəlindən çalışıb. Klub Yevgeniyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Turan Tovuz"a yeni mövsümdən son iş yeri Maxaçqala "Dinamo"su olan Kurban Berdiyev baş məşqçilik edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun