Şərurda ağır qəza: Ölən var

27 İyun 2024 15:17

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında baş verib.

Hadisə nəticəsində piyada, Şərur rayonu Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Xəyal Əsgər oğlu Məmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun