Bakıdakı qətlin təfərrüatı - FOTO

27 İyun 2024 13:51

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə  əlbəyaxa dava olub.

Həmin davadan sonra tərəflər arasında münasibət daha da kəskinləşib.

Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb.

Nərimanov rayonu ərazisində yerləşən "Metro Park" ticarət mərkəzinin qarşısında tərəflər arasında mübahisə yaranıb.

Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib.

Bu zaman İsmayıl havaya bir neçə atəş açıb.Daha sonra Tural Kosayevin baş və sinə nayihəsinə atəş açaraq onu qətlə yetirib. Sonuncu yerindəcə keçinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun