Cavanşir Nuriyev yüksək vəzifəyə təyin edildi

27 İyun 2024 13:13

Dövlət Vergi Xidmətində yeni təyinat olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Cavanşir Eldar oğlu Nuriyev Dövlət Vergi Xidmətinin Aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, C.Nuriyev bu təyinata qədər Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun