Ermənistanla sərhəd məsələsində yenilik

27 İyun 2024 13:07

İyulun 1-də Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin imzalanması gözlənilir.

Milli.Az Ermənistan KİV-ə istinadən bildirir ki, sənəddə delimitasiyanın hansı prinsiplər əsasında və haradan başlayacağı göstəriləcək.

Eyni zamanda, qeyd olunur ki, Azərbaycan Naxçıvan tərəfdən sərhədin delimitasiyasını həyata keçirmək istəyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun